• Bakı 14° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Slovakiya Prezidenti koronavirusa yoluxdu

DÜNYA

05 Fevral 2024 | 00:10 | Müəllif: Subhan Mahmudov

Slovakiya Prezidenti koronavirusa yoluxdu

ABŞ-da işgüzar səfərdə olan Slovakiya Prezidenti Zuzana Çaputovanın COVID-19 (koronavirus) testi müsbət çıxıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə TASR xəbər agentliyi məlumat yayıb.

Pittsburqda olan Çaputova xəstəliyi səbəbindən ABŞ-a səfərinin son günü - fevralın 4-də işgüzar proqramını ləğv edib. O, fevralın 1-də Kanadadan ABŞ-a gəlib, daha sonra Kaliforniyaya gedib. Slovakiya Prezidenti sahibkarlardan ibarət nümayəndə heyətinə rəhbərlik edib, xüsusən də “Google” şirkətinin baş ofisində olub.

Çaputova fevralın 5-də Slovakiyaya qayıdacaq. O, yaxın günlər üçün iş proqramını ləğv edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026