• Bakı 9° C

    10.04 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

SOCAR-dan benzinin qiymətinin qalxması ilə bağlı AÇIQLAMA

İQTİSADİYYAT

02 Iyun 2021 | 09:46

SOCAR-dan benzinin qiymətinin qalxması ilə bağlı AÇIQLAMA

Bildiyiniz kimi, Azərbaycanda Aİ-95 markalı premium benzin bahalaşaraq, 1 manat 40 qəpik olub.

Bakıvaxtı.az-ın məlumatına görə, SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib ki, buna səbəb dünya birjalarındakı qiymət artımlarıdır:

“Aİ-95 markalı benzin xaricdən alınır. Neft ucuzlaşanda bizdə də Aİ-95 ucuzlaşır, bahalaşanda bahalaşır. Pandemiyadan əvvəl Aİ-95-in qiyməti 1 manat 50 qəpik olub, neft ucuzlaşdıqca bu markalı benzin hətta 1 manat 10 qəpiyə qədər düşmüşdü. Bir sözlə, Aİ-95 markalı benzinin qiyməti dünya bazarlarındakı neft qiymətlərilə tənzimlənir”.

İ.Əhmədov deyib ki, bu marka benzin Azərbaycanda çox az istifadə edilir:

“Ən çox istifadə edilən Aİ-92 və dizeldir ki, onların da qiyməti stabil olaraq qalır. Bu yanacaq növlərinin qiyməti də dövlət tərəfindən tənzimlənir”.

Qeyd edək ki, qiymət artımına qədər Aİ-95 1manat 25 qəpik idi.(modern.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026