• Bakı 18° C

    2.91 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Şok iddia: Durov Fransa kəşfiyyatına işləyir

DÜNYA

01 Sentyabr 2024 | 23:47 | Müəllif: Gülşən Şərif

Şok iddia: Durov Fransa kəşfiyyatına işləyir

Teleqramın təsisçisi və baş direktoru Pavel Durov Parisdə dindirilmə zamanı bildirib ki, həbs olunmazdan əvvəl də Fransa Daxili İşlər Nazirliyinin Daxili Təhlükəsizlik Baş İdarəsinin nümayəndələri ilə əlaqə saxlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fransanın "Liberation" nəşri istintaqa yaxın mənbəyə istinadən məlumat yayıb.

Media qeyd edir ki, Durov terrorizmlə mübarizə çərçivəsində Fransa əks-kəşfiyyatı ilə rəsmi əlaqə kanalı yaradıb. Ehtimal olunur ki, bu, bir növ "qaynar xətt" və bir neçə terror hücumunun qarşısını almağa imkan verən xüsusi e-poçt ünvanıdır.

Həbs edildikdən sonra Durov Fransa istintaqı ilə əməkdaşlığa hazır olduğunu bəyan edib və mobil telefonunu ona giriş kodu ilə təmin edib. Eyni zamanda o, "hərbi sirr təşkil edən" məlumatı açıqlamaqdan imtina edib.

Xatırladaq ki, P.Durov avqustun 24-də Parisdə hava limanında saxlanılıb. Daha sonra Pavelin qardaşı Nikolayın da Fransa hakimiyyət orqanları tərəfindən axtarışa verilməsi barədə məlumat yayılıb. Avqustun 28-də P.Durov məhkəmə nəzarəti altında sərbəst buraxılıb.(axar.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Oktyabr 2026
03 Oktyabr 2026