• Bakı 5° C

    2.04 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Somali prezidentinin iqamətgahı minaatanlardan atəşə tutuldu

    DÜNYA

    09 Aprel 2024 | 11:55

    Somali prezidentinin iqamətgahı minaatanlardan atəşə tutuldu

    Somali prezidentinin iqamətgahı “Villa Somalia” ötən gecə minaatanlardan atəşə tutulub.

    Bakıvaxtı.az GAROWE portalına istinadla xəbər verir ki, hadisədən sonra hərbçilər zirehli avtomobillərlə Prezident Sarayının yaxınlığında patrul xidmətinə başlayıb, Moqadişonun küçələrində əlavə keçid postları quraşdırılıb.

    Bir müddət öncə ABŞ-ın Somalidəki səfirliyi vətəndaşlarını terror hücumları təhlükəsi ilə bağlı xəbərdar edib. Eyni zamanda, “Baidoa” portalı “Əş-Şəbab” qruplaşmasının paytaxt Moqadişo yaxınlığındakı bir neçə şəhəri ələ keçirdiyi barədə məlumat yayıb.AZƏRTAC 


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    26 Noyabr 2026