• Bakı 9° C

    1 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Yaponiyada 9 milyon tərk edilmiş ev var

DÜNYA

09 May 2024 | 11:10 | Müəllif: Gülşən Şərif

Yaponiyada 9 milyon tərk edilmiş ev var

Yaponiyadakı boş evlərin sayı rekord həddə çatıb.

Bakıvaxtı.az "CNN"ə istinadən bildirir ki, tərk edilmiş evlər Yaponiyada "akiya" kimi tanınır.  Bu termin adətən kənd yerlərində yerləşən sahibsiz yaşayış evlərinə aiddir. Lakin mövcud vəziyyətdə akiyaya daha çox Tokio və Kyoto kimi böyük şəhərlərdə rast gəlinir.

Kanda Beynəlxalq Araşdırmalar Universitetinin müəllimi Ceffrey Hallın sözlərinə görə, bu, Yaponiya əhalisinin azalmasının bir əlamətidir. 

"Yaponiyada evlər uzunömürlülüyünə görə qiymətləndirilmir və Qərbdən fərqli olaraq, insanlar adətən tarixi binalarda yaşamağa maraqlı deyillər. Yaponiyada evin yeni olmasına daha çox üstünlük verilir. Ona görə də akiyaların əksəriyyəti tamamilə istifadəsiz qalıb. Ancaq akiyaların çoxu əcnəbilərə satılmır. Satışa çıxarılanların qiyməti isə ucuz deyil". - deyə C. Hall vurğulayıb. 

Daxili İşlər və Rabitə Nazirliyinin məlumatına görə, Yaponiyada bütün yaşayış obyektlərinin 14%-i boşdur. Bu obyektlərə ikinci evlər, o cümlədən sahibləri xaricə köçən əmlaklar daxildir.

Qeyd edək ki, 2022-ci ilin statistikasına görə, Yaponiyanın əhalisi sürətlə azalır. Belə ki, əhalinin sayı əvvəlki illə müqayisədə 800 mindən çox azalaraq 125,4 milyon nəfərə çatıb. 2023-cü ildə isə yeni doğulanların sayı rekord səviyyədə azalıb. 

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026