• Bakı 13° C

    4.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Şoyqu: "İnsanlıq sürətlə məhvə doğru gedir"

DÜNYA

18 Avqust 2021 | 14:25

Şoyqu: "İnsanlıq sürətlə məhvə doğru gedir"

Rusiya Federasiyasının müdafiə naziri, Rusiya Coğrafiya Cəmiyyətinin prezidenti Sergey Şoyqu bəşəriyyətin Yer resurslarının səmərəsiz istifadəsi səbəbindən sürətlə ölümə doğru irəlilədiyini deyib.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, rusiyalı nazir çoxlarının bəyənməyəcəyini düşündüyü fikiri "Vokrug Sveta" jurnalına verdiyi müsahibəsində qeyd edib: "Mənə elə gəlir ki, bəşəriyyət sürətlə öz məhvinə doğru irəliləyir. Və bunun səbəbi məhdudiyyətsiz istehlak etmək istəyidir".

Şoyqunun sözlərinə görə, bir gün hamı istehlakçılığın ağılsız yarışını dayandırmağın vaxtının gəldiyini başa düşəcək: "Bir dovşanın var, doyacaqsan. Ancaq on olanda,  soyuducuya ehtiyacın yaranır, əks halda ət xarab olacaq. Soyuducunun işləməsi üçün elektrik enerjisi lazımdır. Bunun üçün yanacaq yandırmaq lazımdır. Və ilk əvvəl yanacağı əldə etməlisən ... Axı bu on dovşan sənin nəyinə lazımdır?!!”.

Yerin və təbiətin qaynaqlarına ağlabatan bir münasibət nümunəsi olaraq nazir ovçu babasından danışdı: “O, tayqaya getdi, heyvanı ovladı. Daha çox ovlaya bilərdi, amma yox. Çünki bilir ki, o qədər ət yeməyəcək, həm də gələn il heyvan daha az olacaq. Bunlar bürokratiyanın deyil, həyat tərzinin yaratdığı qaydalardır."

Tərcümə şöbəsi

Bakıvaxtı.az

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026