Səkkizinci çağırış Rusiya Dövlət Dumasına seçkilər başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, seçki məntəqələri ilkin olaraq Çukotka və Kamçatkada açılıb.
Burada seçicilər Dövlət Duması və regional parlamentlərin deputatlarına səs verəcəklər.
Bu ilki seçkilər 3 gün (17-19 sentyabr) davam edəcək.
Yekun nəticə oktyabrın 4-də elan olunacaq.
















