• Bakı 27° C

    3.85 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Tramp ABŞ-ın dağılacağı tarixi açıqladı

DÜNYA

17 Sentyabr 2021 | 11:04

Tramp ABŞ-ın dağılacağı tarixi açıqladı

“Üç il ərzində ABŞ adlı bir ölkə qalmayacaq”.

Bakıvaxtı.az xəbər verir ki, bunu ABŞ-ın keçmiş Prezidenti Donald Tramp “Newsmax” telekanalına müsahibəsində bildirib.

“Hazırda ABŞ əvvəllər heç vaxt olmadığı qədər relsdən çıxıb”, - o vurğulayıb.

2024-cü ildə keçiriləcək seçkilərdə prezidentliyə namizəd olub-olmayacağı ilə bağlı sualı cavablandıran D.Tramp deyib: “2022 və 2024-cü illərdə keçiriləcək seçkilərə gedəndə ölkədən əlimizdə heç nə qalmayacaq”.

Sabiq dövlət başçısı ABŞ indiki Prezidenti Cozef Baydeni tənqid edib. O, Amerika qoşunlarının Əfqanıstandan çıxarılmasından sonra baş verənlərə və Meksika sərhədindəki hadisələrə diqqət çəkərək söyləyib: “Bütün dünyada istehza mənbəyinə çevirilmişik”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026
04 Sentyabr 2026