Hakim "Vahid Rusiya" partiyasının siyahısına başçılıq edən Rusiya müdafiə naziri, ordu generalı Sergey Şoyqu Rusiyanın inkişafı üçün yeni perspektivlər açıqlayıb.
Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, Şoyqu vəziyyəti hazırkı Rusiya prezidenti Vladimir Putinin hakimiyyətə gəldiyi dövrlə müqayisə edib və onun sözlərinə görə, indi daha çətindir.
Müdafiə naziri proqramını və Rusiyanın gələcək inkişafı ilə bağlı fikirlərini "Vahid Rusiya" partiyasına içtimai dəstəyinin federal qərargahının rəsmi açılışında bildirib:
"Bu gün 1999 -cu ilə nisbətən daha çətindir. Çünki partiyanın etdiyi və edəcəyi hər şeyə görə böyük bir məsuliyyət yükü var. Görüləsi isə çox şey var. Bu gün əldə edilmiş tempi dəstəkləmək lazımdır. Ölkənin xeyrinə xidmət edəcək bir çox yeni layihə təqdim etmək, həyata keçirmək lazımdır".
Tərcümə şöbəsi
Bakıvaxtı.az
















