Belarus Prezidenti Aleksandr Lukaşenko Moskvaya işgüzar səfər edib.
Bakıvaxtı.az xəbər verir ki, günortadan sonra Kremldə Belarus lideri ilə rusiyalı həmkarı Vladimir Putin arasında danışıqlar başlayacaq.
Məlumata görə, dövlət başçıları iki ölkə hökumətləri tərəfindən hazırlanan 28 proqramı, ikitərəfli gündəliyə və beynəlxalq problemlərə aid digər aktual problemləri müzakirə edəcəklər.
Sentyabrın ortalarında Düşənbədə keçiriləcək Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, Şanxay Əməkdaşlıq Təşkilatının zirvələri, Əfqanıstandakı vəziyyətin də mövzulardan birinin olacağı qeyd olunur.
Hal-hazırda Prezidentlər görülən işləri qiymətləndirməli və proqramların hal -hazırda təqdim olunduqları formada və strukturlarda imzalanmağa hazır olub-olmadıqlarına qərar verməli olacaqlar.
Tərcümə şöbəsi
Bakıvaxtı.az
















