• Bakı 7° C

    2.63 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Prezident Sarkisyan Ermənistanın müharibədə məğlubiyyətindən danışdı

SİYASƏT

08 Oktyabr 2021 | 18:19

Prezident Sarkisyan Ermənistanın müharibədə məğlubiyyətindən danışdı

"Ermənilər 2020 -ci ildə Qarabağ müharibəsindəki məğlubiyyətdən nəticə çıxarmalı və dövləti gücləndirmək və gələcəkdə inkişaf etdirmək üçün bütün potensialdan istifadə etməlidirlər".

Bakıvaxtı.az Sputnik Ermənistan-a istinadən xəbər verdiyi ki, bunu Ermənistan prezidenti Armen Sarkisyan İtaliyaya rəsmi səfəri çərçivəsində Romanın erməni icmasının nümayəndələri ilə görüşündə bildirib.

Ermənistan prezidentinin sözlərinə görə, ikinci Qarabağ savaşında Azərbaycan bütün resurslarından - neft, qaz, ordu və hətta Türkiyəyə yardımdan istifadə edərək məsələni həll etdi. Sarkisyanın fikrincə, silah, texnika və bu kimi məsələlərdə Ermənistan tərəfi geridə qaldı.

Eyni zamanda, Ermənistan dövlətinin başçısı əlavə etdi ki, müharibənin nəticələri bu günə qədər hiss olunur, xüsusən də ailələri özlərinə yer tapa bilməyən əsirlər və itkin düşənlərdən danışırıq: "Əlbəttə ki, nəyin səhv olduğunu danışmalıyıq. Məsul şəxslər oturub bu müharibədə qalib gəlmədiyimizin necə olduğunu müzakirə etməlidirlər".

Sarkisyan vurğuladı ki, Ermənistanın neft kimi bir qaynağı yoxdur, amma gələcək texnologiyaları yarada bilən və dünya bazarlarında mühüm mövqeyini tuta biləcək bir ölkəyə çevrilə bilər.

Tərcümə şöbəsi

Bakıvaxtı.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026