• Bakı 9° C

    1.93 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Türkiyə Ermənistanla münasibətləri normallaşdırmaqda maraqlıdır? - AÇIQLAMA

SİYASƏT

09 Sentyabr 2021 | 10:51

Türkiyə Ermənistanla münasibətləri normallaşdırmaqda maraqlıdır? - AÇIQLAMA

Ermənistanın Baş naziri Nikol Paşinyan ötən gün keçirilən hökümət iclasında bildirib ki, Ermənistan Türkiyə ilə avtomobil və dəmir yollarının açılışında maraqlıdır - bu məsələdə Rusiya, ABŞ, Aİ, Çin və Hindistan da maraqlıdır.

Bəs, Türkiyə bu məsələdə maraqlıdırmı?

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Tahir Kərimli Bakıvaxtı.az-a bildirib ki, Türkiyə Ermıənistanla bu barədə danışıqların aparılmasına razılıq verib: “Lakin Türkiyə də bəyan elədi ki, Ermənistan tərəfi əgər doğrudan da qapalı deyil, açıq iqtisadi sistem qurarsa, o, Rusiya, İran və Türkiyə ilə Azərbaycan – Zəngəzur vasitəsilə əlaqə qura biləcək. Ermənistan tərəfi yaxşı bilir ki, bu, onun xeyirinədir. Lakin Ermənistanın revanşist qüvvələrin qorxusundan Paşinyan bəzən bu mövqelərindən geri çəkilir. Mən belə hesab edirəm ki, bu, baş verərsə də asan başa gəlməyəcək. Burda yeganə inandırıcı məsələ ondan ibarətdir ki, Rusiya Türkiyə və Ermənistan arasındakı münasibətlərin normallaşdırılması üçün vasitəçi roluna iddia edir. Bu nöqteyi-nəzərdən bu məsələni mümkün hesab edirəm”.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026