• Bakı 8° C

    1.75 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Stalin muzeyində BOMBA HƏYƏCANI

DÜNYA

04 Aprel 2024 | 17:07 | Müəllif: Subhan Mahmudov

Stalin muzeyində BOMBA HƏYƏCANI

Gürcüstanın Qori şəhərindəki İosif Stalin Muzeyi və Zuqdididəki Dadiani Sarayında partlayıcı qurğu ilə bağlı xəbərlərə görə evakuasiya elan edilib.

Bakıvaxtı.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, hadisə yerində xüsusi itlər və istehkamçılar cəlb olunub.

İşçilər və ziyarətçilər muzeydən çıxarılıb. Tədbirlər nəticəsində heç bir partlayıcı qurğu tapılmayıb.

İstehkamçılar artıq muzeylərin ərazisini tərk ediblər, əməkdaşlar işə qayıdıblar. Məlumat səhv çıxıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026