• Bakı 20° C

    2.22 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Stoltenberqin Qafqaz turnesi: Proseslər Azərbaycanı NATO-nun gözündə xeyli əhəmiyyətli edir

Gündəm

18 Mart 2024 | 08:51

Stoltenberqin Qafqaz turnesi: Proseslər Azərbaycanı NATO-nun gözündə xeyli əhəmiyyətli edir

Xəbər verdiyimiz kimi, martın 17-də NATO-nun Baş katibi Yens Stoltenberq Azərbaycanda səfərdə olub.

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və NATO-nun Baş katibi Yens Stoltenberq mətbuata bəyanatla çıxış ediblər.

Çıxışı zamanı Azərbaycan və Ermənistan arasındakı münasibətlərə toxunan baş katib bildirib ki, bu iki ölkə arasında uzun illər davam edən münaqişədən sonra davamlı sülh əldə etmək imkanı var:

“Mən sizin sülh sazişinə həmişəkindən daha yaxın olduğunuz barədə dediklərinizi yüksək qiymətləndirirəm və sadəcə olaraq sizi Ermənistanla davamlı sülh sazişi əldə etmək üçün bu fürsətdən istifadə etməyə təşviq edə bilərəm".

Prezident İlham Əliyev isə qeyd edib ki, hazırda Ermənistanla sülh danışıqlarının fəal mərhələsindəyik:

“Sülh danışıqlarına başlamağın bizim təşəbbüsümüz olduğunu bir daha bildirmək istərdim. Bu günədək sülh sazişinin layihəsinə dair ermənistanlı həmkarlarla 7 dəfə şərhlərin mübadiləsi baş tutub”.

Y.Stoltenberqin Cənubi Qafqaz turnesinin gizlinlərini Bakıvaxtı.az-a şərh edən beynəlxalq məsələlər üzrə siyasi şərhçi, STM rəsmisi Əziz Əlibəyli diqqətə çatdırıb ki, Azərbaycanın müstəqil xarici siyasət yürütməsi və beynəlxalq siyasi dairələrdə ciddi nüfuz sahibi olması ölkəmizə olan maraq və diqqəti artırır. Onun sözlərinə görə, digər tərəfdən NATO və ABŞ prizmasından baxdıqda son günlər ABŞ generallarının ölkəmizlə bağlı verdikləri açıqlamalar göstərir ki, Azərbaycana daha çox diqqət göstərirlər:

“Azərbaycan-Türkiyə müttəfiqliyi, Azərbaycan-Rusiya münasibətlərinin dinamikası, Azərbaycanın Rusiya və İranla qonşu olması, bu coğrafiyanı NATO-nun gözündə xeyli əhəmiyyətli edir. Sözügedən ölkələrlə Azərbaycanın sərhəd olması ciddi strateji mövqe yaradır. Bununla yanaşı, Azərbaycanın Avropaya ixrac xətti üzərində yerləşməsi, Qərbin enerji təhlükəsizliyində xüsusi paya malik olması Azərbaycana olan marağı gücləndirir. Bu mənada Amerikanın Azərbaycanı dəstəkləmək, qorumaq və əməkdaşlıq etmək niyyəti var”.

Ə.Əlibəyli onu da diqqətə çatdırırb ki, Azərbaycan Silahlı Qüvvələrinin artan gücü, hərbi və siyasi müstəvidə yeni reallıqları həlletmə qabiliyyəti və Ermənistanın kapitulyasiyaya məcbur edilməsi rəsmi İrəvan üçün ciddi xatırlatmadır:

“Onu da vurğulamaq lazımdır ki, İran, Hindistan və Fransanın Ermənistana verdiyi silahlar rəsmi İrəvan üçün çıxış yolu deyil. Fevral ayının əvvəlində Zəngilan istiqamətində terrorçular fəallaşıb, Azərbaycan əsgərinə snayperdən atəş açdılar. Bundan dərhal sonra Dövlət Sərhəd Xidməti adekvat şəkildə hərəkətə keçdi və həmin terrorçulara zərbə endirdi. Nəzərə alınmalıdır ki, o terrorçular Fransa silahları ilə təchiz olunublar. Burada da ermənilərin uğursuzluğu ortaya çıxdı. Bu reallıqları qiymətləndirmək lazımdır”.

Əziz Əlibəyli: Azərbaycanın müstəqil xarici siyasət yürütməsi ölkəmizə olan maraq və diqqəti artırır

Müsahibimz onu da qeyd edib ki, son günlər rəsmi İrəvandan müsbət açıqlamalar verilir:

“Onlar bildirirlər ki, bu ərazilər Ermənistanın inzibati ərazi vahidinə daxil deyil. Bunun özü də mühüm məsələdir”.

Aydın Baxış

 


SON XƏBƏRLƏR

26 Aprel 2024