"Ukrayna ilə bağlı danışıqlar indi başlamalıdır, münaqişə döyüş meydanında bitməyəcək".
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Szijjarto Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda jurnalistlərə bildirib.
"Mövqeyimiz ondan ibarətdir ki, sülh mümkün qədər tez əldə edilməlidir" deyən nazirin sözlərinə görə, sülh danışıqları başlamalı və dərhal atəşkəsə nail olunmalıdır:
"Bu müharibə davam edərsə, eskalasiya riski gündən-günə artacaq".
Szijjarto vurğulayıb ki, müharibə döyüş meydanında bitə bilməz. Döyüş meydanında həll yoxdur:
"Döyüş meydanı ölü insanlar, xarabalıqlar və dağıntılardır. Bizə bu sülh lazımdır, bu müharibənin bitməsi lazımdır".
Günel Abbas
















