• Bakı 19° C

    1.68 m/s

  • USD - 1.7

    EUR - 1.9048

    RUB - 1.9883

"Sülhəməcburetmə əməliyyatları davam edə bilər" 

CƏMİYYƏT

13 Sentyabr 2022 | 11:37

"Sülhəməcburetmə əməliyyatları davam edə bilər"

“Azərbaycan sülh istəyir, biz səmimiyik, sülh və yolların tam açılması, iqtisadi əlaqələrin yaranması bizim strateji hədəfimizdir”.

Bakıvaxtı.az xəbər verir ki, bunları iqtisadçı-ekspert Natiq Cəfərli deyib.

N.Cəfərli qeyd edib ki, Ermənistanda qərarvermə mexanizmi mürəkləbdir, çünki Paşinyan və komandası vəziyyətə tam nəzarət edə bilmir, tək söz sahibi deyil: “Maraq qrupları çoxdur, hələ birini də Kreml "Vardanyan" adı ilə təzə oyuna salıb. Ermənistan müharibə aparmaq iqtidarında deyil, amma bəlli maraq qrupları, əsas da Moskvadan qidalananlar anlayırlar ki, sülh sazişi indi imzalansa həm Kremlin təsir rıçaqları azalacaq, həm də onların "revanş" hekayəsi bitəcək, ona görə də, məqsəd böyük sülh sazişinin qarşısını almaq, zaman qazanmaq, bununla da həm güclənmək, həm də Moskvanın təsirlərlərini saxlamaqdır. Paşinyanın da öz maraqları var, Moskvanın ona güvənmədiyini bilir, amma orbitindən də çıxa bilmir, ona görə də hər hadisədə "KTMT"-yə müraciət edir, onlar da təbii, qarışmır, qarışa bilmir, bununla da öz cəmiyyətinə mesaj verir ki, bu ölüvay qurumdan da, Moskvadan da uzaqlaşmaq işində dəstək olsunlar - bu gün Ermənistanda anti-rusiya mövqeyi çox güclüdür və getdikcə güclənir”.

İqtisadçı vurğulayıb ki, Azərbaycan sülh istəyir, biz səmimiyik, sülh və yolların tam açılması, iqtisadi əlaqələrin yaranması bizim strateji hədəfimizdir: “Azərbaycan hakimiyyəti və müxalifəti sırf bu məsələdə yekcins mövqeyi var deyə, bizdə məhz bu məsələ ilə bağlı xarici oyunçuların daxili oyunbazlıq qurması mümkün olmur, xalq da sülh istəyir. Azərbaycan hökumətinin xarici siyasətdə qurduğu doğru və çoxşaxəli ittifaqlar onu deməyə əsas verir ki, Əliyev impulsif davranmır, başqa dövlətin ərazisi ilə bağlı dünyanı tam üstümüzə qaldıra, haqlı olarkən bizi haqsız duruma sala biləcək addımlar atmaz, atmayacaq. Amma, sülhəməcburetmə əməliyyatları da davam edə bilər”. “Allah Əsgərimizi qorusun, həm də diplomatlarımıza açıq zehn versin ki, sülhəməcburetmə əməliyyatı uğurla, sülhlə, geniş müqavilə ilə bitsin. Eşq!”. 

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Oktyabr 2026