• Bakı 13° C

    8.33 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Sülhməramlılar öz bildiklərini edirlər - AÇIQLAMA

CƏMİYYƏT

13 Avqust 2021 | 17:16

Sülhməramlılar öz bildiklərini edirlər - AÇIQLAMA

Son günlər rus sülhməramlıların erməni hərbçilərin Laçın dəhlizi vasitəsilə Azərbaycan ərazisinə keçməsinə şərait yaratması ilə bağlı olduqca çox xəbərlər yayılıb. Maraqlısı odur ki, belə halların baş verməməsi üçün Ağdamda Rusiya-Türkiyə monitorinq məntəqəsi yaradılmışdı. Bəs belə olan halda niyə Türkiyə buna qarşı iradını bildirmir?

Mövzu ilə bağlı Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov Bakıvaxtı.az-a danışıb:

Təbii ki, erməni hərbiçilərin Laçın dəhlizi vasitəsilə Azərbaycan ərazisinə girməsi gələcəkdə vəziyyəti gərginləşdirəcək. Rus sülhməramlıları da çox yaxşı bilir ki, onların məsuliyyəti altında olan ərazilərdə nə qədər çox silahlı ermənilər olsa, bu bombanın tez partlamasına gətirib çıxara bilər. Üçtərəfli bəyanata görə, sülhməramlılar gəldiyi vaxtda erməni silahlıları ərazini tərk etməli idilər. Lakin, təəssüflər olsun ki, biz hələ də Rusiyanın vasitəçiliyi ilə baş tutan üçtərəfli bəyanatda məs elə Moskvanın da kifayət qədər ciddi şəkildə bəyanatı pozduğunun şahidiyik. Hər halda sülhməramlılar Laçın dəhlizi vasitəsilə gedən bütün yüklərə, insanlara nəzarət etməlidirlər. Ancaq görünən odur ki, onlar heç də bu aylar ərzində Azərbaycanın iradlarını qəbul etməyiblər və öz bildiklərini edirlər.  Təbii ki, belə bir anda Ağdamdakı Rusiya-Türkiyə monitorinq mərkəzindan bəyanatın eşidilməsi lazımlıdır. Lakin bu aylar ərzində bir dəfə də olsun Ağdamdakı monitorinq məntəqəsi tərəfindən bəyənat verilməyib. Çox güman ki, bağlı qapılar arxasında Türkiyə, Rusiya və Azərbaycan arasında mühüm məsələlər müzakirə edilir. Ankara diplomatik yolla Rusiyanın bu davranışına öz  iradını bildirir. Türkiyənin sona qədər Azərbaycanın yanında olacağı ilə bağlı heç bir şübhə yoxdur. Elə Şuşa bəyənnaməsi onu göstərir ki, əgər  biriləri sabah erməni hərbi birləşmələrin arxasında olub Azərbaycana qarşı döyüşlərdə iştirak edərlərsə, Türkiyə avtomatik öz ordusu ilə birlikdə həmin qüvvələrin qarşısında yer alacaq. Ankara faktoru çox vacibdir. Ankara faktoru regionda bir çox qüvvələrin Azərbaycana qarşı hərbi sahədə mübarizə aparmasını əngəlləyən ən böyük amildir.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026