• Bakı 8° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Sülhməramlıların yeni komandiri Kosobokov kimdir?

GÜNDƏM

09 Sentyabr 2021 | 18:15 | Müəllif: Subhan Mahmudov

Sülhməramlıların yeni komandiri Kosobokov kimdir?

Xəbər verdiyimiz kimi, Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının yeni komandanı vəzifəsinə general-mayor Mixail Kosobokov təyin olunub.

Bakıvaxtı.az axar.az-a istinadən xəbər verir ki, sülhməramlıların yeni komandanı Mixail Kosobokov haqqında məlumatı təqdim edir:

Mixail Kosobokov 1999-cu ildə Ryazan Ali Hərbi Hava-Desant Məktəbini bitirib. Kosobokov Cənub Hərbi Dairəsinin 58-ci Birləşmiş Silahlı Qüvvələrin komandir müavini vəzifəsində çalışıb. Sülhməramlıların yeni komandiri Rusiyanın Abxaziyadakı 7-ci hərbi bazasına komandanlıq edirdi.

Rusiya Federasiyası Prezidentinin 20 fevral 2016-cı il tarixli, 73 saylı fərmanı ilə general-mayor rütbəsinə layiq görülüb.

Qeyd edək ki, Mixail Kosobokovun adı Ukraynanın “Mirotvoreç” saytının məlumat bazasına daxil edilib. Ukrayna tərəfi Kosobokovu Donbasdakı separatçılara silah-sursat çatdırmaqda və Rusiya ordusunun hissələrini Ukrayna ərazisinə göndərməkdə ittiham edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026