• Bakı 13° C

    6.88 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Sumqayıt-Bakı sürət qatarının hərəkətində problem yaranıb

CƏMİYYƏT

30 Iyun 2021 | 09:39

Sumqayıt-Bakı sürət qatarının hərəkətində problem yaranıb

Sumqayıt-Pirşağı-Bakı sürət qatarının hərəkətində problem yaranıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə sərnişinlər məlumat yayıblar. Belə ki, Sumqayıt stansiyasından 07:45-də çıxan Sumqayıt-Pirşağı-Bakı istiqamətinfə hərəkət edən 6608 nömrəli sürət qatarı 08:35-də Bakıya çatmalı idi. 

Lakin sürət qatarı yarım saatdan çoxdur ki, gecikir. Hələlik gecikmənin səbəbi bilinmir.

Sərnişinlərin sözlərinə görə, gecikmənin səbəbləri “Azərbaycan Dəmir Yolları” QSC-nin əməkdaşları tərəfindən araşdırılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026