Sumqayıt şəhərini içməli su ilə ilə təmin edən 1000 mm diametrli magistral su xəttinin qəzalı hissəsi dəyişdirilir.
"Azərsu"-dan Bakıvaxtı.az-a daxil olan məlumata görə, bununla əlaqədar 02 iyun 2021-ci il tarixində gün ərzində Sumqayıt şəhərinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
















