• Bakı 12° C

    5.32 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Sürücüyə yazılan qəribə cərimə - VİDEO

CƏMİYYƏT

10 Aprel 2024 | 11:32

Sürücüyə yazılan qəribə cərimə - VİDEO

Yüksək sürətlə hərəkət edən başqa sürücünün cəriməsi Ucar sakininə göndərilib. Sonradan cərimənin yol polisinə aid olduğu məlum olub.

Bakıvaxtı.az Xezerxeber.az-a istinadən xəbər verir ki, Qəhrəman Məmmədov 18 il əvvəl aldığı VAZ-2106 markalı minik maşınını bu günə qədər etibarnamə ilə idarə edib.

Onun sözlərinə görə, bir il öncə qardaşına etibarnamə verib. Bundan sonra onun mobil telefonuna Bakı-Quba magisrtal yolunda sürət həddini aşdığına görə radara düşməsi ilə bağlı mesaj gəlib. Qəhrəman Məmmədov bundan sonra Ucar rayon polis şöbəsinin dövlət yol polis bölməsinə yaxınlaşıb. Araşdırma zamanı məlum olub ki, cərimə yol polisinə məxsusdur.

Q.Məmmədovun sözlərinə görə, başına gələnlər bununla bitməyib. Yenidən onun cərimələndiyi məlum olub. Amma bu dəfə araşdırma üçün müraciət etsə də, cəhdləri boşa çıxıb.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) inspektoru Elvin Hacıyev bildirib ki, yol verilən qayda pozuntusu xüsusi texniki vasitənin köməkliyi ilə aşkar edilərkən texniki xəta səbəbindən şəxs barəsində yanlış qərar çıxarılıb. Məsələ araşdırılaraq texniki xəta aradan qaldırılıb.

 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026