• Bakı 28° C

    8.26 m/s

  • USD - 1.7

    EUR - 1.8253

    RUB - 0.0193

Şuşada 18 memarlıq abidəsi bərpa edildi

CƏMİYYƏT

25 May 2024 | 18:33

Şuşada 18 memarlıq abidəsi bərpa edildi

Şuşada “Qarabağda və Şərqi Zəngəzurda tarixi abidələrin qorunub saxlanması problemləri" mövzusunda Şuşada plenum keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Şuşadakı xüsusi nümayəndəliyi məlumat yayıb.

Plemumda Şuşadakı xüsusi nümayəndə Aydın Kərimov, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzov, nümayəndəlik və rəsmi qoruqlar iştirak edib.

Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova və tədbir iştirakçıları ilə görüşüblər. Bildirilib ki, işğaldan azad edilmiş ərazilərin memarlıq abidələrinin bərpası istiqamətində bu səpkili plenumlar müstəsna rol oynayır.

Görüş zamanı diqqətə çatdırılıb ki, işğaldan əvvəlki dönəmə qədər Şuşada 200-ə yaxın tarixi memarlıq abidəsi mövcud olub, lakin 30 il ərzində onların demək olar ki, hamısı yararsız hala salınıb, hətta bəziləri tamamilə məhv edilib. Bu gün aparılmaqda olan bərpa prosesində yerli mütəxəssislərin çox böyük rol oynadığı vurğulanıb və ötən dönəm ərzində 18 memarlıq abidəsinin bərpa edildiyi bildirilib. Bununla yanaşı, Şuşanın beynəlxalq müstəvidə tanıdılması və təcrübə mübadiləsinin aparılması istiqamətində ötən il Türk dünyası memarlarının “Şuşa simpoziumu”nun keçirildiyi, bu il isə İslam dünyası memarlarının bir araya gətilməsinin nəzərdə tutulduğu bildirilib.


SON XƏBƏRLƏR

18 Iyun 2024