"Şuşada qarın hündürlüyü 5 sm-dəkdir".
Bakıvaxtı.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.
Onun sözlərinə görə, gecə və səhər havanın şaxtalı keçməsi nəticəsində yolların buz bağlaması müşahidə olunub.
ETSN sözçüsü günorta saatlarında havanın temperaturunun 0 dərəcə ətrafında olmasının gözlənildiyini deyib.
















