• Bakı 25° C

    13.59 m/s

  • USD - 1.7

    EUR - 2.0035

    RUB - 2.1707

Şuşada şəhidlərin xatirəsi anıldı

CƏMİYYƏT

27 Sentyabr 2022 | 10:01

Şuşada şəhidlərin xatirəsi anıldı

27 sentyabr Vətən Müharibəsi şəhidlərinin anım günü ilə əlaqədar Şuşada namaz qılınıb.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli öz feysbuk hesabında paylaşım edib. O bildirib ki, namaz Yuxarı Gövhərağa məscidində qılınıb.

“Şəhidlərimizin müqəddəs ruhlarını Quran, namaz və dualarla yad etdik”, - deyə Hacı Şahin paylaşımında bildirib.

Qeyd edək ki, 2020-ci ildə 27 sentyabr - 9 noyabr aralığında baş verən II Qarabağ Müharibəsi zamanı Azərbaycanın 3 minə yaxın hərbçisi şəhid olub. Şuşa noyabrın 8-də işğaldan azad edilib.


SON XƏBƏRLƏR

01 Iyul 2025