Şuşada məscidlər İtaliya və Türkiyədən olan özəl ekspertlərin nəzarəti altında bərpa olunur.
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Şəhərsalma Forumu çərçivəsində keçirilən sessiyada Heydər Əliyev Mərkəzinin direktorunun köməkçisi Şamil Əzizov deyib.
O qeyd edib ki, Şuşada Yuxarı Gövhərağa Məscidi, Aşağı Gövhərağa məscidi və Saatlı məscidi İtaliya və Türkiyədən olan özəl ekspertlərin nəzarəti altında bərpa edilib.
















