• Bakı 11° C

    5.64 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Şuşaya ilk sakinlər bu tarixdə köçürüləcək

CƏMİYYƏT

20 Oktyabr 2022 | 11:45

Şuşaya ilk sakinlər bu tarixdə köçürüləcək

2023-cü ilin birinci yarısına qədər Şuşada tikilən 8 binaya əhali köçürüləcək.

Bakıvaxtı.az xəbər verir ki, Sovetlər birliyi dönəmində tikilmiş binalar istismar müddətini başa vurduğu, iki müharibə nəticəsində deformasiyaya uğradığı, bundan başqa həmin binalar Şuşanın tarixi-memarlığına xələl gətirdiyi üçün 10-11 ədədi sökülərək Şuşanın ab-havasına, tarixi-memarlıq quruluşuna uyğun 3, 4, 5 mərtəbəli müasir binalar tikilir.

Şuşada məktəbin tikilişinin də 2023-cü ilə kimi başa çatması planlaşdırılır: “Yəqin ki, gələn tədris ilinə məktəb tam hazır olacaq. Bundan başqa, bir otelin tikintisi yekunlaşmaq üzrədir və həmin otel gələn il yəqin ki təhvil veriləcək”.

O da qeyd olunub ki, Şuşada ilin 6 ayı demək olar ki, soyuq və yağıntılı keçdiyi üçün aparılan tikinti işlərində yubanmaların olması mümkündür. Lakin işlərin qısa vaxtda başa çatdırılmasına çalışırlar. /APA


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR