İran casusu olmaqda ittiham edilən 21 yaşlı keçmiş terror şübhəlisi Daniel Abid Xəlifə həbsxanadan qaçıb.
Bakıvaxtı.az türk mətbuatına istinadla xəbər verir ki, Daniel Abid Xəlifə çərşənbə günü Londondakı Wandsworth həbsxanasından qaçıb və hələ də tapılmayıb.
Britaniya təhlükəsizlik qüvvələri şübhəlini tapmaq üçün kampaniyaya başlasa da, vaxtilə Britaniya ordusunda xidmət etmiş əsgərin qaçması ilə bağlı naməlum təfərrüatlar ortaya çıxmağa başlayıb.
Belə ki, qaçaq məhbus işlədiyi həbsxananın mətbəxindən aşpaz forması geyinərək çıxıb.
Verilən məlumatlara əsasən, onun özünü təchizat furqonunun altına bağlayaraq həbsxanadan çıxdığı ehtimal edilir. Ədliyyə naziri Aleks Çalk qaçış fərq edildiyi zaman yük maşınının dayandırılaraq axtarışa verildiyini və Xəlifənin istifadə etdiyi kəndirlərin avtomobilin altından tapıldığını bildirib.
Səlahiyyətlilər apteklərə xəbərdarlıq məktubu göndəriblər. Buna səbəb isə, şübhəlinin avtomobilin altına qaçması səbəbindən üzündə yanıqlar ola biləcəyi ehtimal edilib. Britaniya polisi bu gün Londonun mərkəzində yerləşən Riçmond parkını bağlayaraq axtarış aparıb. Yerli mediaya əks olunan görüntülərdə polisin parkın qapısında keşik çəkdiyi və ətrafda geniş təhlükəsizlik tədbirləri görüldüyü görülüb.
Böyük Britaniyanın bütün hava və dəniz limanları həyəcan vəziyyətində olduğu halda, terror şübhəsi ilə saxlanılan şəxsin niyə ən yüksək təhlükəsizlik kateqoriyasına aid olmayan Wandsworth kimi izdihamlı həbsxanada saxlandığı da sual altındadır. Ədliyyə naziri bu məsələ ilə bağlı araşdırmalara başladığını açıqlayıb.
Xəyalə Rza

















