• Bakı 8° C

    1.54 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

NATO müdafiə nazirləri İsraili müzakirə edəcək

DÜNYA

08 Oktyabr 2023 | 14:25 | Müəllif: Subhan Mahmudov

NATO müdafiə nazirləri İsraili müzakirə edəcək

İsraildəki müharibə NATO müdafiə nazirlərinin oktyabrın 11-12-də keçirilməsi planlaşdırılan görüşündə müzakirə olunacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə TASS diplomatik mənbəyə istinadla məlumat yayıb.

“Biz gözləyirik ki, bir neçə NATO üzvü olan ölkələr, ilk növbədə ABŞ İsraildə müharibə mövzusunu qaldıracaq. Hazırda NATO münaqişə zonasında təmsil olunmadığından bu məsələ görüşün gündəliyinə daxil edilməyib, lakin şübhəsiz ki, müzakirə olunacaq”, - məlumatda qeyd olunub.

Xatırladaq ki, HƏMAS-ın İsrailə qarşı ötən gün başlayan genişmiqyaslı hücumları nəticəsində 300-dən çox yerli sakin ölüb, 1452 nəfər xəsarət alıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026