Almaniyada bəzi müəssisələr maaşları azaltmadan həftədə 5 gün əvəzinə 4 gün işləməyi təklif ediblər.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, iri şirkətlər bu təklifə rəqabət qabiliyyətini azaldacağını əsas gətirərək qarşı çıxırlar.
Dünyanın dördüncü ən böyük iqtisadiyyatına sahib olan Almaniyada hökumət "Bacarıqlı immiqrasiya qanunu" ilə ölkə daxilində ixtisaslı kadr boşluğunu doldurmağı hədəfləyir. Bəzi müəssisələr həftəlik iş günlərinin sayının azaldılmasını irəli sürüblər.
Belçika, Şotlandiya, Finlandiya, Yeni Zelandiya və Yaponiya kimi Avropa ölkələrində sınaqdan keçirilmiş “4 günlük iş” rejiminin müsbət nəticə verdiyini irəli sürən bəzi şirkətlər bunun Almaniyada da olunmasını istəyib.
Alman tikinti şirkətinin sahibi Carsten Rutz bildirib ki, həftəlik iş saatını 40 saatdan 36 saata, iş gününü isə 5 gündən 4 günə endiriblər: “Az işləyib daha çox iş görmək” prinsipi ilə hərəkət edərək daha səmərəli nəticələr əldə etmişik. Bu metodla işçilərin məhsuldarlığı artdı".
Bəzi həmkarlar ittifaqlarının müdafiə etdiyi 4 günlük iş həftəsi sisteminə qarşı çıxan iri şirkətlər də var. Almaniyanın avtomobil nəhənglərindən olan "Mercedes"in müdiri Ola Kaellenius Alman şirkətlərinin 4 günlük iş ilə rəqabət qabiliyyətini tamamilə itirəcəklərinə diqqət çəkib: "Əgər bizim prioritetimiz az işləyərək eyni pulu əldə etməkdirsə, heç bir oyunda qalib gələ bilmərik".
Aytac Aslan















