• Bakı 10° C

    5.73 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Dövlət qurumundan 200 minlik sifariş - Bu şirkət yenə qalib oldu 

GÜNDƏM

12 Avqust 2023 | 15:17 | Müəllif: Subhan Mahmudov

Dövlət qurumundan 200 minlik sifariş - Bu şirkət yenə qalib oldu

Dövlət Statistika Komitəsi (DSK) informasiya - kommunikasiya texnologiyaları məhsullarının və təsərrüfat avadanlığının satın alınması ilə bağlı tenderə yekun vurub. 

Bakıvaxtı.az xəbər verir ki, tenderin qalibi “İNFİNİTECH" Məhdud Məsuliyyətli  Cəmiyyətidir. 

Tərəflər arasında 206.913 manat dəyərində müqavilə imzalanacaq. 

Tenderin şərtlərinə görə, sifarişçi 37 ədəd fərdi kompüter (Monoblok), 47 ədəd UPS, 1 ədəd kiber təhlükələrin qarşısını alan və təhlükəsiz program təminatı imkanı yaradan xüsusi avadanlıqla (Networks Firewall 1) təmin olunacaq. 

Qeyd edək ki, DSK-nin “İNFİNİTECH" Məhdud Məsuliyyətli  Cəmiyyəti 2020, 2021 və 2022-ci illərdə eyni istiqamət üzrə keçirdiyi tenderlərdə qalib elan olunub. 

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR