• Bakı 10° C

    2.91 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Sərhəd müəyyənləşməsi: Rusiyanın iştirakı yolverilməzdir

GÜNDƏM

08 Sentyabr 2023 | 16:53 | Müəllif: Qalib İbrahimoğlu

Sərhəd müəyyənləşməsi: Rusiyanın iştirakı yolverilməzdir

Rusiya Ermənistanla Azərbaycan arasındakı sərhəd bölgəsində KTMT missiyasının yerləşdirilməsini təklif edib.

Bakıvaxtı.az xəbər verir ki. bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. Onun sözlərinə görə, Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası və demarkasiyası məsələsində Rusiyanın məsləhətçi dəstəyi, kompleks etimad quruculuğu tədbirlərinin eyni vaxtda həyata keçirilməsi ilə daimi ritmik işlərin həyata keçirilməsinə diqqət yetirmək lazımdır: “Biz həm də KTMT missiyasının sərhəd bölgəsində yerləşdirilməsinin tərəfdarıyıq və burada, təbii ki, top artıq İrəvanın meydançasındadır. Qurumun qalan üzvləri belə bir addıma hazır olduqlarını bildiriblər”.

AĞ Partiya sədri Tural Abbaslı Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Azərbaycan-Ermənistan şərti sərhədlərinə KTMT silahlılarının göndərilməsi, o cümlədən sərhədlərin müəyyənləşməsi prosesində Rusiyanın iştirakı qəti yolverilməzdir.

Onun sözlərinə görə, Moskvanın bu məsələlərdə "məsləhətçi" statusuna belə imkan vermək olmaz: "Bu, Azərbaycanın maraqlarına uyğun deyil. Onsuz da Azərbaycan və Ermənistan arasındakı münaqişə, ərazi məsələləri Rusiya və onun sələfləri sayəsində meydana gəlmiş problemlərdir. Rusiya ayağını Cənubi Qafqaza basdığı gündən regionda sabitlik, əmin-amanlıq olmayıb və olmayacaq”.

Tural Abbaslı: Turan istiqamətində addımlar atıldıqca, KTMT də tarixin zibilliyinə gedəcək

Müsahibimiz qeyd edib ki, rəsmi Bakı Ermənistanın Avropa İttifaqı missiyasını sərhədlərə gətirməsinə kəskin etiraz etmədi. Bunu Ermənistanda fəaliyyət göstərəcək mülki missiya kimi dəyərləndirdi və hüquqi baxımdan tanımayacağını da bəyan etdi. Çünki Avropanın Rusiya olmadığının fərqindəyik. KTMT isə birbaşa hərbi missiyadır, silahlı birləşmələrdir. Əgər Azərbaycan-Ermənistan arasında sərhədlər müəyyən deyilsə, kim bizə qarantiya verir ki, KTMT qoşunları Azərbaycan ərazilərində mövqelənməyəcək? Zəngəzur, Göyçə, Basarkeçər və digər ərazilər Azərbaycanın tarixi torpaqlarıdır. Belə məqamda KTMT-nin yerləşməsi üçün hansı sərhədlərdən söhbət gedir? Sərhədlər müəyyən olunmuş olsaydı, münaqişə, mübahisə olmazdı".

T.Abbaslının qənaətincə, bu təklifin reallaşmasına əsla imkan verməməliyik: "Bakı və İrəvan ikitərəfli qaydada sərhədlərin müəyyənləşməsi prosesinə başlamalıdır. Növbəti mərhələdə isə Ermənistan qarşısında şərt qoymalıyıq ki, sərhədlərimizə heç bir üçüncü ölkənin qoşunlarını gətirməsin. Ümumiyyətlə isə düşünürəm ki, yaxın vaxtlarda KTMT adlı qurum qalmayacaq. Turan istiqamətində addımlar atıldıqca, KTMT də tarixin zibilliyinə gedəcək".

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026