• Bakı 10° C

    2.91 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Nobel alan azərbaycanlıdan bəyanat: Qələbə yaxındır!

GÜNDƏM

07 Oktyabr 2023 | 14:54 | Müəllif: Subhan Mahmudov

Nobel alan azərbaycanlıdan bəyanat: Qələbə yaxındır!

Həbsdə olan zəncanlı hüquq müdafiəçisi Nərgiz Məhəmmədi Nobel Sülh mükafatına layiq görüldükdən sonra həbsxanadan bəyanat yayıb.

Bakıvaxtı.az xəbər verir ki, onun bəyanatı “Nyu York Tayms” qəzetində dərc edilib.

“Demokratiyanı, azadlığı və bərabərliyi həyata keçirmək üçün fəaliyyətlərimi heç vaxt dayandırmayacağam. Şübhəsiz ki, Nobel Sülh mükafatı məni bu yolda daha müqavimətli, qətiyyətli, ümidli və həvəsli edir, mübarizəmdə daha da sürətli addımlarla irəliləməyimə səbəb olur. Bu mükafatın dəyişikliklər üçün mübarizə aparanların daha güclü və sistemli fəaliyyətinə səbəb olacağına ümid edirəm. Qələbə yaxındır”, - Məhəmmədi bildirib./axar.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026