• Bakı 13° C

    7.63 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

DOST İnküziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarlarının Zəfər sevinci - VİDEO

CƏMİYYƏT

08 Noyabr 2023 | 21:42 | Müəllif: Subhan Mahmudov

DOST İnküziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarlarının Zəfər sevinci - VİDEO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi  Zəfər Gününə həsr olunmuş yeni klip-layihə təqdim edib.

Mərkəzin təlimçiləri və benefisiarlarının iştirakı ilə musiqisi Tərlan Məmmədhüseynov və Elçin Cəfərova, sözləri xalq şairi Sabir Rüstəmxanlıya məxsus olan Zəfər Mahnısına klip çəkilib. Kompozisiyanı benefisiarlar - Xaliq Şərifov, Səbinə Əsgərova, Nicat Allahyarov, həmçinin Gənc İfaçıların 4-cü Respublika Müsabiqəsində I yerin sahibi Səməd Novruzov, VII Muğam Televiziya Müsabiqəsinin xüsusi mükafatçısı Suma Tapdıqova səsləndirib. Klipin musiqi tərtibatı Rasim Məmmədova məxsusdur.

İfaçıları tarda Mərkəzin təlimçiləri - əməkdar artist Şəhriyar İmanov, violonçeldə Orxan Cumayev və İnklüziv Ansamblı  müşayiət edib.  Klipin çəkilişləri Mədəniyyət Nazirliyi Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında aparılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026