• Bakı 26° C

    3.49 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Fransanın yeni hökuməti : baş nazir və XİN başçısı GEYdirlər ? - ŞOK İDDİA

DÜNYA

12 Yanvar 2024 | 18:11

Fransanın yeni hökuməti : baş nazir və XİN başçısı GEYdirlər ? - ŞOK İDDİA

Fransanın yeni baş naziri Qabriel Attalın gey olması barədə Fransa mətbuatında çoxsaylı məlumatlar var.

Bakıvaxtı.az Fransanın “Gala.fr” saytına istinadən xəbər verir ki, Fransada beşinci respublika tarixində ilk homoseksual baş nazir olan Qabriel Attal siyasi karyerası boyu cinsi oriyentasiyasını heç vaxt gizlətməyib. 

Məqalədə qeyd olunub ki, hətta bu məlumatı Q,Attalın özü açıqlamasa da, Qabriel Attalın təcavüzdə ittiham etdiyi keçmiş məktəb yoldaşı, hüquqşünas Xuan Branko prezident Emmanuel Makronun inanclarına zərər vermək məqsədi ilə yazılarında açıqlayıb:  “Q. Attal heç vaxt bu mövzunu təkzib etməyib”. 

Q. Attal ötən ilin noyabrında "Sept à Huit" jurnalına  verdiyi müsahibədə qeyd edib:
«Bu barədə heç vaxt açıq danışmamışam və gizlətmək də niyyətim olmayıb, sadəcə olaraq, bu barədə özüm istədiyim zaman, istədiyim şəkildə danışmaq istəyirdim. Bu barədə məlumatsız olan qohumlarım var idi. Bu ağrılı idi".

Məqalədə o da diqqətə çatdırılıb ki, Q.Attal indiki xarici işlər naziri Stefan Sejurne ilə eşq yaşayıb :

«Q.Attal  S. Sejourne ilə 2015-ci ildə tanış olub. Həmin vaxt Q.Attal Səhiyyə Naziri Marisol Turenin müşaviri, S. Sejourne isə İqtisadiyyat nazirinin müşaviri idi  Onlar bir görüşdə tanış olublar və  iki məsləhətçi 2017-ci ildə romantik münasibətə başlayıb və mülki tərəfdaşlığa giriblər. Və onlar iki il bundan öncə, 2022-ci ildə ayrılıblar. 

Ayyət Əhməd


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026