“Əsl sənətkarlar çox üzdə olmurlar, küsəyən olurlar. Ədalətsizlikdən küsürlər”.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğənni Tacir Şahmalıoğlu “Xoş gəldim” verilişinə müsahibəsində deyib.
O, şou sakinlərini tənqid edib:
“Sənəti olmayanlara Allah səsdən başqa hər şey verir. Gəlir, özünü elə aparır ki, sanki bundan yaxşı oxuyan yoxdur, oxumağı bu yaradıb. O zaman isə onun yanında olan əsl oxuyan küsür, inciyir. Belə şeylərdən küsür insan”.
Tacir yerli şou biznesdən də söz salıb:
“Heç bir istedadı olmayan bir oxuyanı əlləşib, vuruşub oxuyan edirlər. Əsil oxuyan qıraqda qalır, oxuyan olmayanı oxuyan kimi təqdim edirlər”.
Ziyafət Əlisoy
















