• Bakı 12° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Fransa düşmən dövlət elan edilməlidir" - Deputatdan ÇAĞIRIŞ

SİYASƏT

16 Noyabr 2022 | 15:39 | Müəllif: Qalib İbrahimoğlu

"Fransa düşmən dövlət elan edilməlidir" - Deputatdan ÇAĞIRIŞ

"Təklif edirəm ki, Fransadakı səfirimiz geri çağırılsın"

Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Tahir Kərimli Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Fransanın verdiyi qərarlar Səlib yürüşlərini xatırladır: "Bu natəmiz, əxlaqsız dövlətin nümayəndələri müsəlmanlara qarşı nifrətini açıq büruzə verir. Mən anlamıram, düşmən başqa necə olur? Fransa düşmən elan olunmalıdır. Düşmənçiliyin bundan artıq səviyyəsi olmur".

T.Kərimli qeyd edib ki, Fransanın düşmən dövlət elan olunması bəyannaməyə salınmalıdır: "Onlar bizə lazım deyil. Onların şirkətləri belə Azərbaycana lazım deyil".

"Mən bütün siyasi partiyalara səslənirəm, vahid mövqedən çıxış edək, dövlətimizin ətrafında birləşək”, - deyə Tahir Kərimli əlavə edib.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026