• Bakı 12° C

    3.83 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Tahir Kərimlini ölümlə hədələyən şəxs AXTARILIR

CƏMİYYƏT

28 Fevral 2022 | 13:39 | Müəllif: Subhan Mahmudov

Tahir Kərimlini ölümlə hədələyən şəxs AXTARILIR

Milli Məclisin deputatı Tahir Kərimlini ölümlə hədələyən şəxs barəsində araşdırma aparılır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Modern.az-a deputat özü məlumat verib.

Tahir Kərimli araşdırmanın gedişatı ilə maraqlandığını söyləyib:

“Anamın vəfatının ildönümü ilə əlaqədar bir neçə gündür paytaxtda deyildim. Amma müvafiq orqanlara müraciət etmişdim və araşdırma aparılır. Mənə təhdid məktubu yazan şəxsin adı, soyadı, Moskva ünvanı məlumdur. Qalanı hüquq-mühafizə orqanlarının işidir. Prosesin gedişatına mane olmamaq üçün daha artıq məlumat vermək istəmirəm”.

Qeyd edək ki, fevralın 16-da sosial şəbəkələrdə deputat Tahir Kərimlinin oyuncaq dinozavrla videosu yayılmışdı. Videogörüntülərdə parlamentari ölümlə hədələndiyini bildirib. Daha sonra Tahir Kərimli bu təhdidlə əlaqədar hüquq-mühafizə orqanlarına müraciət edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026