Soğan yeməklərə və salatlara dad verməklə yanaşı çox xeyirlidir. Soğan qabığı sağlamlıq üçün ən az soğanın özü qədər faydalıdır.
Bakıvaxtı.az xəbər verir ki, bir çox xörəklərin əsas tərkib hissəsi olan soğanın qabığını soyandan sonra qabıqları adətən xarab olur. Ancaq soğan qabığını atmaqdansa, qaynadıb içmək olar.
Soğan qabığı və şirəsi əslində çox faydalı bitki tərkib hissəsidir, baxmayaraq ki, bir çoxları bunu bilmir. Vitamin və minerallarla zəngin olan soğanda A, C və E vitaminlərini asanlıqla tapa bilərsiniz.
Bundan əlavə, soğan istehlak etsəniz, bədəninizin ehtiyac duyduğu fosfor, yod və maqnezium da yaxşı qarşılanacaq. Qış infeksiyalarına qarşı tədbir görmək istəyənlər, bədənini hər an gümrah saxlamaq istəyənlər, ağrıdan xilas ola bilməyənlər çarəni soğanda axtara bilər.
Soğan qabığını qaynadıb içmək piylərin yandırılmasını xeyli artırır. Tərkibində antioksidantlar olduğu üçün immunitet sistemini gücləndirir. Bir çox müxtəlif xarici zərərvericilərə qarşı bədəni əhəmiyyətli dərəcədə qoruyur. Onu qaynadıb içmək orqanizmdəki iltihabı aradan qaldırır və xaric olmasını asanlaşdırır. Süd verən qadınların soğan qabığı ilə döşlərindəki yaraları sağaltması mümkündür. Soğan qabığı suyu ürək-damar xəstəliklərində faydalıdır. Diabetin balanslaşdırılmasında təsirlidir.
Soğan qabığı çayı necə hazırlanır? Yığdığınız soğan qabıqlarını şüşə qaba qoyun. Çayınıza qoya biləcəyiniz qədər soğan qabığını götürün, bir qaba qoyun və üzərinə qaynadılmış su əlavə edin. Qapağını örtün və 15 dəqiqə gözləyin. Bu müddət ərzində soğan qabığı suyu özünə çəkəcək. 15 dəqiqədən sonra çayınızı içə bilərsiniz.
Aytac Aslan