• Bakı 12° C

    4.3 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

“Qəribə ağıl dağarcıqları peyda olub" - Deputat

CƏMİYYƏT

29 Aprel 2022 | 10:02 | Müəllif: Qalib İbrahimoğlu

“Qəribə ağıl dağarcıqları peyda olub" - Deputat

“Qəribə ağıl dağarcıqları peyda olub".

Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Fazil Mustafa bildirib.

Onun sözlərinə görə, bəzilərin özəl qız məktəblərinin açılması təklifini nəzərdə tutaraq deyirlər ki, bizi əsrin əvvəllərinə qaytarmaq istəyirlər. Guya əsrin əvvəllərindən çox irəlidədirlər: "Axundov plankasını keçən filisof, Üzeyir plankasını keçən bəstəkar, Cavid plankasını keçən şair yetişdirməmisən, o halda niyə qayıdasan ötən əsrlərə, elə başınızı bu əsrdə girələyin getsin də...”

Deputat qeyd edib ki, Bakının kəndləri var ki, bəlli bir yaşdan sonra qızları oxumağa qoymurlar: “XXI əsrdə məktəbdən kənarda qalan qızların statistikasını bölgələr üzrə öyrənin, sonra ağıllı-ağıllı danışarsınız. Bu, sadəcə hansısa səbəblərdən məktəbdən uzaqlaşdırılan qızların təhsil alması üçün vacibdir. Bakının kəndləri var ki, bəlli bir yaşdan sonra qızları oxumağa qoymurlar. Bütün valideynləri tutub həbs etməyəcəksən ki... Bəhanəni kəsmək lazım. Ölkədə 4-5 ədəd yataqxanası olan, ancaq dünyəvi və ağırlıqlı olaraq peşə təhsili yönümlü qızlar üçün alternativ özəl məktəbdən söhbət gedir. Mövcud məktəb sisteminə isə ümumiyyətlə toxunulmur. Deyə bildimmi?”

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026