• Bakı 7° C

    8.18 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Allahşükür Paşazadə bayram namazında iştirak etməyəcək

CƏMİYYƏT

29 Aprel 2022 | 13:01 | Müəllif: Subhan Mahmudov

Allahşükür Paşazadə bayram namazında iştirak etməyəcək

Mayın 2-də Azərbaycan məscidlərində Ramazan bayramı namaz qılınacaq.

Bakıvaxtı.az "Report"a istinadən xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin bayram namazında iştirak etməyəcəyi gözlənilir. Buna səbəb QMİ sədrinin bayram günü Strasburqda səfərdə olmasıdır.

Qeyd edək ki, Əjdərbəy məscidi və ya Göy məscid kimi şəhərin əsas məscidlərində bayram namazı mayın 2-si saat 09:00-da, Təzə Pir məscidində isə saat 10:00-da qılınacaq. Digər məscidlər də namazlarını saat 09:00 və ya 10:00-da təşkil etməkdə azaddırlar.

Azərbaycanda Ramazan bayramı mayın 2-si və 3-də qeyd ediləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026