• Bakı 5° C

    2.04 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Şagirdlərin fərqli geyimdə məktəbə getmələrinə icazə verilməyəcək

CƏMİYYƏT

30 Mart 2022 | 10:21

Şagirdlərin fərqli geyimdə məktəbə getmələrinə icazə verilməyəcək

Növbəti tədris ilindən şagirdlərin ümumi təhsil müəssisələrinə fərqli geyimdə getmələrinə icazə verilməyəcək.

Bakıvaxtı.az xəbər veir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Təhsil Nazirliyindən xəbər verilib.

Bildirilib ki, Azərbaycan Respublikasının “Ümumi təhsil haqqında” Qanununa əsasən, dövlət ümumi təhsil müəssisələrində təhsilalanlar üçün təsvirləri müvafiq qurum tərəfindən müəyyən olunmuş geyim formaları tətbiq edilir. Yeni geyim formaları tam tətbiq olunduqdan sonra şagirdlərin ümumi təhsil müəssisəsinə fərqli geyimdə getməsinə yol verilməyəcək.

"Nazirlər Kabinetinin müvafiq Qərarına görə, təsdiq edilmiş geyim formaları 2022-2023-cü tədris ilindən tətbiq ediləcək. Lakin hazırda istifadədə olan geyim formalarının 2022-2023-cü tədris ilinin sonunadək tətbiq edilməsinə icazə verilir. Beləliklə, məktəblər 1 tədris ili ərzində yeni geyim formalarına tədricən keçəcəklər" - deyə, açıqlamada qeyd olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026