“Taliban” Əfqanıstanın şimalındakı ölkənin ən böyük dördüncü şəhəri sayılan Məzari-Şərifi nəzarətə götürüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
Qeyd olunur ki, hökumət qoşunları öz mövqelərini tərk edərək geri çəkilib. Şəhərdəki bütün obyektlər, o cümlədən qubernatorun ofisi “Taliban”ın əlinə keçib.
















