• Bakı 12° C

    6.51 m/s

  • USD - 1.7

    EUR - 1.8399

    RUB - 0.0185

TDT-dən  "27 Sentyabr - Anım günü" ilə bağlı BƏYANAT

CƏMİYYƏT

27 Sentyabr 2022 | 12:48

TDT-dən  27 Sentyabr - Anım günü ilə bağlı BƏYANAT

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan ordusunun yazdığı tarix regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunmasında vacib amildir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatının baş katibi Bağdad Amreyevin İkinci Qarabağ müharibəsinin başlamasının ikinci ildönümü ilə əlaqədar bəyanatında deyilir.

"Sentyabrın 27-də Azərbaycanda 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşmüş və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarını vermiş şəhidlərin xatirəsinə həsr olunmuş Anım Günü qeyd olunur", - bəyanatda deyilir.

Onun sözlərinə görə, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan ordusunun yazdığı tarix Azərbaycanın gələcək inkişafı və çiçəklənməsi, regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunmasında vacib amildir.

"Türk Dövlətləri Təşkilatı və bütün türk xalqları qardaş Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını vermiş şəhidlərin xatirəsini dərin hörmətlə yad edir", - B.Amreyev bildirib.


SON XƏBƏRLƏR

28 Mart 2024