• Bakı C

    15.16 m/s

  • USD - 1.7

    EUR - 1.9308

    RUB - 2.0666

TTKF-nın 3 illik fəaliyyətinə dair hesabat tədbiri keçirilir

CƏMİYYƏT

20 Dekabr 2024 | 10:46

TTKF-nın 3 illik fəaliyyətinə dair hesabat tədbiri keçirilir

Təhsil Tələbə Krediti Fondunun 3 illik fəaliyyətinə həsr olunmuş tədbir keçirilir.

Bakıvaxtı.az xəbər verir ki, Media nümayəndələri üçün təşkil edilən tədbirdə 30-a yaxın mətbuat təmsilçisi iştirak edir.

Bildirilib ki, TTKF-nin elektron portalına bu günə kimi 58 mindən çox müraciət daxil olub, 46 minə yaxın TTK müqaviləsi rəsmiləşib. Bu məqsədlə 41 milyon manata yaxın vəsait təhsil müəssisələrinin hesablarına köçürülüb.

Həmçinin, Fondun qaynar xətti və sosial media hesablarına daxil olmuş müvafiq olaraq 45 və 90 mindən çox müraciətin operativ qaydada cavablandırıldığını, vətəndaş qəbuluna yazılmış 1000 nəfərə yaxın şəxsin müraciətlərinin araşdırılaraq müvafiq dəstək göstərildiyi qeyd olunub.

Nuriyyə Musayeva


SON XƏBƏRLƏR

15 Aprel 2025