• Bakı C

    9.18 m/s

  • USD - 1.7

    EUR - 2.0272

    RUB - 2.2385

Binəqədinin bəzi ərazilərində işıq olmayacaq

CƏMİYYƏT

02 Fevral 2026 | 11:15

Binəqədinin bəzi ərazilərində işıq olmayacaq

Bu gün Biləcərinin bəzi ərazilərində elektrik enerjisinin verilişi dayandırılacaq.

Bu barədə Bakıvaxtı.az-a "Azərişıq" ASC-dən məlumat verilib.

Bildirilib ki, Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində bir sıra 6 kV-luq hava xətlərində təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 11:30-dan 14:00-dək Xocəsən qəsəbəsi və Motodrom yaşayış massivi, saat 11:30-dan 15:00-dək Binəqədi kəndi, Bakıxanov, G. Rüstəmov küçələri, eləcə də bu ünvanlara yaxın ərazidə yerləşən yeni yaşayış sahəsində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Məlumata görə, təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.


SON XƏBƏRLƏR

01 Fevral 2026