• Bakı 13° C

    3.83 m/s

  • USD - 1.7

    EUR - 1.9608

    RUB - 2.1123

Baltalanaraq xəsarət alan yeniyetmənin son vəziyyəti

CƏMİYYƏT

02 Fevral 2026 | 11:45

Baltalanaraq xəsarət alan yeniyetmənin son vəziyyəti

Cəlilabadda baltalanaraq xəsarət alan yeniyetmənin son vəziyyəti açıqlanıb.

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirilib ki, fevralın 1-də saat 17:00-da xəsarət alması səbəbindən Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunan iki nəfərdən (bir qadın, bir kişi cinsli) birinin - 2012-ci il təvəllüdlü (kişi cinsli) şəxsin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir:

"Onun vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

Aparılan bütün reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, həmin gün 20:05-də 2011-ci il təvəllüdlü (qadın cinsli) şəxsin isə ölüm faktı qeydə alınıb".


SON XƏBƏRLƏR