• Bakı C

    9.18 m/s

  • USD - 1.7

    EUR - 2.0272

    RUB - 2.2385

Bu qurumlarda kütləvi ixtisarlar APARILIB

SİYASƏT

02 Fevral 2026 | 11:39

Bu qurumlarda kütləvi ixtisarlar APARILIB

Son dövrlərdə bir sıra dövlət və qeyri-hökumət qurumlarında, o cümlədən, metropoliten, Xəzər dəniz nəqliyyatı və kommunal sahələrdə kütləvi ixtisarlar aparılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Milli Məclisin yaz sessiyasının ilk plenar iclasında deputat Fazil Mustafa söyləyib.

O bildirib ki, büdcə yükünün azaldılması məqsədilə bu addımların atılması anlaşılandır.

"Lakin nəticə etibarilə yüzlərlə insan işsiz qalır. Onlara alternativ iş yerləri təklif edilməli və ya sosial müdafiə mexanizmləri işə salınmalıdır. Təəssüf ki, bəzi hallarda işdən azad edilən şəxslərə başqa qurumlara yönləndirmə ilə bağlı deyilənlər praktikada öz təsdiqini tapmır və insanlar müraciət etdikdə həmin iş yerlərinin mövcud olmadığı ilə üzləşirlər",- parlament üzvü əlavə edib.


SON XƏBƏRLƏR

01 Fevral 2026