• Bakı C

    6.86 m/s

  • USD - 1.7

    EUR - 2.0272

    RUB - 2.2385

Allahşükür Paşazadə Əbu-Dabiyə səfər edib

CƏMİYYƏT

02 Fevral 2026 | 09:56

Allahşükür Paşazadə Əbu-Dabiyə səfər edib

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərinə səfərə yola düşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə QMİ-nin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, səfər Birləşmiş Ərəb Əmirliklərinin Şeyx Zayed Fondunun təsis etdiyi "Zayed İnsan Qardaşlığı Mükafatı" Təşkilatının Baş katibi Məhəmməd Əbdülsəlamın dəvəti ilə baş tutur.

QMİ sədri Şeyx Zayed Fondunun 2026-cı il üçün "Zayed İnsan Qardaşlığı Mükafatı"nın təqdimetmə mərasimində iştirak edəcək.


SON XƏBƏRLƏR

01 Fevral 2026