• Bakı 27° C

    15.23 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Tərtərdə 3 nəfər MİNAYA DÜŞDÜ - YENİLƏNİB

HADİSƏ

02 Aprel 2024 | 17:41

Tərtərdə 3 nəfər MİNAYA DÜŞDÜ - YENİLƏNİB

Tərtər rayonunun Çaylı kəndində mina partlayışı nəticəsində xəsarət alan Bağırov Elmir Elnur oğlunun hər iki ayağı amputasiya edilib.

Bakıvaxtı.az-ın verdiyi xəbərə görə, hadisədən sonra o, Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Tibb müəsisəsində onun üzərində cərrahiyə əməliyyatı aparılıb.

Mina partlayışında xəsarət alan Tağızadə Arzuman Əhliman oğlu da Bərdə Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlər onun durumunu ağır kimi qiymətləndirirlər.

İsmayılov Polad Alış oğlu Tərtər Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

16:38

2024-cü il 2 aprel tarixində Tərtər rayonunun Çaylı kəndi ərazisində mina hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri birgə məlumat yayıb.

1969-cu il təvəllüdlü İsmayılov Polad Alış oğlu, 1992-ci il təvəllüdlü Tağızadə Arzuman Əhliman oğlu və 2006-cı il təvəllüdlü Bağırov Elmir Elnur oğlu keçmiş təmas xəttində, minalardan təmizlənməmiş ərazidə heyvan otararkən baş verən mina partlayışı nəticəsində xəsarət alıb. 

Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.

AR DİN, Baş Prokurorluq və ANAMA bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, bələd olmadıqları ərazilərə daxil olmamağa və təhlükə bildirən bütün əlamətlərə diqqətlə yanaşmağa çağırır!


SON XƏBƏRLƏR

26 Iyul 2024