• Bakı 12° C

    8.91 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Tərtərdə məktəbli qızın qaçırılması ilə bağlı araşdırmalara başlanıldı

HADİSƏ

19 Yanvar 2022 | 16:09

Tərtərdə məktəbli qızın qaçırılması ilə bağlı araşdırmalara başlanıldı

Ailə, Qadın və Uşaq Poblemləri üzrə Dövlət Komitəsi Tərtər rayonunda məktəbli qızın qaçırılması ilə bağlı məlumatlara münasibət bildirib.

Dövlət Komitəsindən Bakıvaxtı.az-a bildirib ki, Tərtər rayonunun Evoğlu kəndində, kənd sakini 2005-ci il təvəllüdlü Ləman Əhmədovanın, Ağdam rayon sakini Seymur Məmmədov tərəfindən qaçırılması ilə bağlı yanvarın 19-da quruma məlumat daxil olub.

Onun sözlərinə görə, Dövlət Komitəsi dərhal faktın araşdırılmasına başlayıb.

O bildirib ki, bununla bağlı Dövlət Komitəsi tərəfindən Tərtər və Ağdam Rayon İcra hakimiyyətlərində fəaliyyət göstərən "Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komisiya"ya məktubla müraciət edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026